Azərbaycanda inflyasiya artıq doğrudan da insanları ən çox narahat edən problemə çevrilib. Ərzaq və qeyri- ərzaq məhsullarının qiymət artımı ən böyük problemlərdəndir".
Bunu Faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib.
"Təbii ki, burada hökumətin görə biləcəyi işlər çoxdur. Ən vacib məqamlardan biri, hansı ki, biz artıq bir ildir bunu təklif etmişik ki, ən azından dərman preparatlarının və ərzaq məhsullarının əlavə dəyər vergisi ləğv edilsin. Əlavə dəyər vergisi 18 faizdir və satışdan ödənilir. Biz 10 manatlıq dərmana 11 manat 80 qəpik ödəmək məcburiyyətində qalırıq. Ən effektiv yol həm dərman, həm də ərzaq məhsullarının satışında heç olmasa 1 illik ƏDV- nin ləğv olunması ola bilər ki, bu da qiymətin kəskin şəkildə nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb ola bilər", - deyə iqtisadçı əlavə edib.
Rəna Həsənova