"Yaxşı iş ortaya çıxartmaq üçün ilk növbədə işgüzarlıq, zəhmət, ilahi vergi, istedad və ən əsası öz baxış bucağı üzə çıxartmaq qabiliyyəti olmalıdır".
Bunu Faktmedia.az-a aktyor Nicat Kazımov deyib. Aktyor bildirib ki, rejissor və aktyordan dediyim keyfiyyətlərlə yanaşı həm də, öz rolunu sevib, onu bir geyim kimi əyninə geyinmək bacarığı tələb olunur:
"Tamaşanın uğurlu olması həm aktyor, həm də rejissordan çox asıllıdır. Aydın məsələdir ki, tamaşanın yükü daha çox rejissorun üzərinə düşür. Lakin son nəticədə tamaşanı aktyorlar nümayiş etdirirlər deyə onların da zəhməti böyük olur. Ona görə də vəhdət olmalıdır. Biz hər hansı bir tamaşanın məşqlərinə başlayanda orda bir ailə yaradırıq. Hamıda bir birinə qarşı səmimiyyət, sevgi hissi olmalıdır. Əgər aktyor, rejisor, ssenarist sevgi hissi ilə yanaşmasa ortaya keyfiyyətsiz iş çıxacaq. Ona görə də hər bir keyfiyyətli, gözəl işin altında sevgi durur. Bunun nəticəsidir ki, biz heç vaxt tamaşaçı qıtlığını yaşamımışıq və son zamanlar tələbat daha da çoxalmaqdadır".
Havar Şəfiyeva