"Hər kəsə məlumdur ki, bir çox hallarda yeni tikilmiş binalarda müəyyən problemlərlə rastlaşırıq. Əksəriyyət evlər sənədsiz şəklində verilir".
Bunu Faktmedia.az-a vəkil Sahib Məmmədov deyib. Vəkil bildirib ki, həmin mənzillər tam tikilib başa çatdırmadan, istifadəyə verilmədən vətəndaşlara satılır:
"Belə binalarda ev almaq həmişə risklidir. Əgər ödədiyi pul, rəsmən qeydiyyata alınsa, alacağı ev yarımtikili kimi sığortalansa və onun adına reyestrdən qeydiyyatdan keçsə bu halda heç bir riskdən söhbət gedə bilməz. Öz işində məsuliyyətli olan tikinti şirkətləri var ki, mənzillərin o şirkətlərdən alınması məsləhətlidir. Mənzil alanda natariusda sənədləşdirmə apararkən hansısa şübhəli hallar aşkarlandıqda qeydiyyatdan keçirməsi həyata keçrilmirlər. Son vaxtlar mənzillərin bir neçə şəxsə satılması halları çox yayılıb. Bunlar hamısı qeyri rəsmi alqı-satqı proseslərdə baş verir".
Havar Şəfiyeva