Azərbaycan Yazıçılar Birliyi XIII qurultayın keçirilməsi üçün ayrılan 203 min manatla bağlı hesabat verəcəyini açıqlamışdı. Hesabatın isə dekabr ayında veriləcəyi deyilmişdi. Lakin deyilən vaxtdan az qala 3 ay keçir.
Məsələ ilə bağlı Faktmedia.az AYB-nin katibi Çingiz Abdullayev ilə əlaqə saxlayıb. Xalq yazıçısı bildirib ki, sağ olun ki, yadınızdadır, soruşursunuz:
"Bu məsələdən yarım il keçib. AYB-nin mətbuat xidmətinin rəhbəri bu hesabatı yaxşı bilər"
Qeyd edək ki, qurultaydan sonra Xalq yazıçısı Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi sualına "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən" deyərək jurnalisti təhqir etmişdi.
Xatırladaq ki,Birliyin sədri Anar Rzayev isə bildirmişdi ki, 203 minin hamısı qəpiyinə qədər dəqiq hesablanıb ora xərclənib.
Rəna Həsənova