Xəbər verdiyimiz kimi, AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva intihara cəhd etmişdi. Belə ki, o dərman həbləri qəbul edərək zəhərlənib.
Faktmedia.az jurnalistin səhhəti ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova deyib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalistin vəziyyəti yaxşılığa doğru irəliləyir, hələ ki, müalicə davam edir.
TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.
Xatırladaq ki, jurnalist feybuk hesabında intihara səbəb kimi AZƏRTAC-ın keçmiş rəhbərini günahlandırıb.
Rəna Həsənova