Rusiyanın Sankt-Peterburq şəhərində səmada görünən uçan naməlum obyekt səbəbindən qırıcılar qaldırılıb və “xalı planı” (ölkənin hava sərhədləri pozulduqda verilir) tətbiq edilib.
Bundan başqa, Pulkovo hava limanı təyyarələri qəbul etmir; mülki təyyarələrin Sankt-Peterburq hava limanına daxil olmasına icazə verilmir - onlar şəhərdən uzaqda dövrə vurmağa məcbur olublar.
Bu barədə “Flightradar” xidmətinin məlumatında deyilir.