"Tibbi baxımdan qız uşaqları 21 yaşdan 23 yaşa qədər, oğlan uşaqları isə 23 yaşdan 25 yaşa qədər ailə qurmalıdır".
Bunu Faktmedia.az-a professor Rəşid Mahmudov son illər oğlan və qızların gec ailə qurmalarına münasibət bildirən zaman deyib.
Professor əlavə edib ki, yüksək maaş arzusu ilə yaşayıb ailə qurmaq üst-üstə düşmür:
"Tibdə göstərici budur. Gec ailə qurduqda qızlarda uşaq dünyaya gətirmə problemləri yaranır. Eyni zamanda müəyyən yaşdan sonra sevgi də olmur. Oğlanlar pul qazanmaq üçün çalışır, bəzi hallarda qazana bilmir. Bu baxımdan ev, yüksək maaş gözləyib sonra evlənmək çox gec sayılır".
Rəna Həsənova