Məşhur jurnalist, Misra TV-nin rəhbəri Fuad Abbasova MEDİA Agentliyindən jurnalist vəsiqəsi ilə bağlı imtina gəlib.
Faktmedia.az xəbər verir ki, o sosial hesabında paylaşım edib:
"MEDİA Agentliyinə müraciətimə cavab geldi! Təşəkkürlər Əhməd İsmailov! Təşəkkürlər Media Agentliyi! Jurnalistlərə təmənnasız "dəstəyiniz" üçün sonsuz minnətdaram!"
Məsələ ilə bağlı MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva saytımıza bildirib ki, yayılan foto dezinformasiyadır:
“Media Reyestrinin aparılması Qaydaları”nın 6.7-ci bəndinə əsasən Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və elektron qaydada onlara göndərilir. Qeyd edilən tələbə uyğun olaraq istisnasız bütün qərarlarda imtinaya əsas olmuş səbəblər göstərilir. Xüsusilə vurğulayırıq ki, hər hansı sənədin bu və ya digər şəkildə təhrif olunmasına və paylaşılmasına görə MEDİA Agentliyi məsuliyyət daşımır".
Rəna Həsənova