İsrail və HƏMAS arasında qarşıdurmaların davam etdiyi bir vaxtda, gərginliyin başlanğıcından bəri Avropada qaz qiymətlərinin tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbilə 39 faiz artdığı bildirilir.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin başlaması ilə yüksələn tendensiyaya girən qiymətlər, ABŞ-ın enerji şirkəti Chevron-un İsrailin tələbi ilə Şərqi Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırması, tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdıqdan sonra yüksəlməyə başlayıb.
Bu gün noyabr fyuçers müqavilələrində qazın meqavat-saat qiyməti 53,1 avro səviyyəsində bağlanıb. Belə ki, İsrail-Fələstin münaqişəsi başlayandan bəri qiymətlər 39 faiz artıb.
Xəyalə Xəlilova