Qəzzada Əl-Əqsa Şəhidləri Xəstəxanasında dərman və tibbi ləvazimat ehtiyatı tükənib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxananın direktoru İyad əl-Caberi verdiyi açıqlamada xəstəxanadakı vəziyyətin “çox riskli” səviyyəyə çatdığını bildirib.
O qeyd edib ki, minlərlə yaralı və xəstənin həyatı təhlükədədir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzadakı sağlamlıq vəziyyəti ilə bağlı dünən verdiyi açıqlamada ÜST-nin Qəzza üçün bölgəyə göndərdiyi tibbi ləvazimatların 4 gündür sərhəddə gözlədiyini qeyd edib.
Rəna Həsənova