Braziliyanın Amazonas əyalətindəki Manaus şəhərində quraqlıq səbəbindən "son 121 ildə çaylarda ən aşağı su səviyyəsi" qeydə alınıb.
Faktmedia.az xəbər verir ki, bölgədəki bəzi icmaların təhlükə altında olduğu bildirilir.
Qeyd edilib ki, çay delfinləri də kütləvi ölümlə üzləşə bilər.
The Guardian yazır ki, Manausdakı çaylarda suyun səviyyəsinin aşağı olması icmaların yaşayış sahələrini daraldır.
Temperatur artımında mühüm rol oynayan El Nino hava hadisələri və insanların yaratdığı qlobal istiləşmə nəticəsində yaranan quraqlıq Manausun qeyri-adi quru mövsümlə üzləşməsinə səbəb olub.
Xəyalə Xəlilova