"Ümumiyyətlə buna yaz-yay gursululuğu da deyilir. Havaların necə keçməsindən asılı olmayaraq müəyyən mövsümlər var ki, çaylarda yağıntılardan, buzların əriməsindən və yaxud da yeraltı sulardan qidalanmadan asılı olaraq çaylarda suyun həcmi çoxalır".
Bu fikirləri Faktmedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Azərbaycanın rayonlarından selin və hava şəraitinin qeyri-sabit keçməsi barədə danışarkən deyib.
"Biləsuvar əslində aran zonasıdır. Orada çaylar bir o qədər də bol sulu olmur. Eyni zamanda, oranın çaylarından yuxarı axında suvarmada və digər məqsədərlə istifadə olunduğu üçün, aşağı axına demək olar ki, heç su çatmır. Bolqarçayın isə, məcrası mövcuddur, sadəcə, yuxarı axında su azaldığına və aşağı su gəlmədiyinə görə məcra boş qala bilər", - ekoloq bildirib.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycanın bir sıra rayonlarında sel fəlakəti yaşanıb. Rayonlarda əkin sahələrinə ciddi ziyanlar dəyib.
Rəna Həsənova