Qlobal istiləşmə okean canlılarının qida zəncirini də təhlükə altına qoyub .
Faktmedia.az xəbər verir ki, suyun turşuluğu havadakı karbon qazı ilə artır. Bu, qabıqlı balıqların ölümünə səbəb olur.
İngilis alimləri xəbərdarlıq ediblər ki, qlobal istiləşmə nəticəsində əvvəlcə mikroskopik xərçəngkimilər, sonra isə bütün dəniz canlıları məhv ola bilər.
Cənub dənizində 400 metr dərinlikdən götürülən su nümunələri qida zəncirində mühüm yer tutan dəniz kəpənəklərinin həyat dövrünün pozulduğunu göstərib.
Qabıqları əriyən bu canlıların xüsusilə yay aylarında yaşaya bilməyəcəyi müəyyən edilib. Bu vəziyyətə suyun turşuluğunun artması səbəb olduğu bildirilir.
Qeyd edək ki, 1 santimetrdən çox olmayan dəniz kəpənəkləri, okeanların səth qatlarında yaşayır. Balıqların və digər dəniz canlılarının qidalanması üçün böyük əhəmiyyət kəsb edən planktonlardandırlar.
Bəsti Məmməd