Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətlər Tətbiq və Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Levent Kurnaz bildirib ki, yaxın 5 ildə bir ilin ən isti il olan 2016-cı ildən daha isti olacağı demək olar ki, dəqiqdir.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən yayılan və artan istixana qazları ilə Sakit Okean sularını isidən El Nino hadisəsinin qlobal istiləşməni rekord səviyyəyə çatdıracağını vurğulayan hesabatı dəyərləndirən Kurnaz, qlobal orta temperaturun karbon səbəbiylə azalacağını söyləyib. O, kömür, neft və təbii qaz vasitəsilə atmosferə atılan dioksid və digər istixana qazlarının hər il daha da artdığını bildirib.
1850-1900-cü illərdə qlobal orta temperaturun 1,29 dərəcə Selsidən yuxarı olduğu 2016-cı ilin bəşəriyyətin indiyə qədər yaşadığı ən isti il kimi qeydə alındığını xatırladan Kurnaz bunun ən mühüm səbəblərindən birinin şiddətli El Nino hadisəsi olduğunu bildirib.
Xəyalə Xəlilova