"Türkiyədə zəlzələdən sonra beşinci gündə sağ qalanların tapılma şansı, orada temperaturun təxminən iki dərəcə olduğunu nəzərə alsaq, minimaldır. Belə şəraitdə insan tez donur, orqanizmin fəaliyyəti dayanır".
Faktmedia.az xəbər verir ki, bu barədə sağ qalma təlimatçısı Mixail Makeev məlumat verib.
“Beşinci gündə bu temperaturda sağ qalanları tapmaq şansı minimaldır. Bölgədə temperatur indi sıfıra yaxındır, insan belə şəraitdə uzun müddət hərəkətsiz qalanda tez hipotermiya, donma olur. Bədən istiliyi düşür, əzalar ölür, bədənin işləmə prosesi dayanır”,- deyə Makeev bildirib.
Mütəxəssisin fikrincə, temperaturun təxminən 20 dərəcə olacağı ehtimalı var:
"İndi dağıntılar altında qalan insanlar məhdud məkandadırlar və hərəkət edə bilmirlər. İstiləşmə ya hərəkətlə, ya da xarici istilik mənbəyindən istifadə etməklə və isti mayelər içməklə daxili temperaturu saxlamaqla həyata keçirilə bilər. lakin dağıntılar altında bu variantlardan heç biri həyata keçirilə bilməz".
Havar Şəfiyeva