İsrail ordusunun mühasirədə olan Qəzza zolağındakı Əl-Əhli Baptist Xəstəxanasının Fələstin İslami Cihad qruplaşması tərəfindən atılan raketlə vurulduğuna dair iddiası ilə bağlı irəli sürdüyü “dəlillər” ziddiyyətlidir.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu iki Həmas üzvü arasında baş verdiyini iddia etdiyi danışıqların "telefon kasetlərini" sosial mediada X hesabında yayımlayıb.
Yazıda İsrail ordusunun hücumu təşkil etməkdə ittiham etdiyi İslami Cihad üzvlərinin çıxışları deyil, HƏMAS üzvü olduğu iddia edilən iki nəfərin dialoqu yer alıb.
Söhbətlərdə “Həmas üzvü” başqa bir “Həmas üzvünə” deyir ki, “...Bu raketlərin İslami Cihad qrupuna aid olduğu deyilir
Yazılı tərcüməsini İsrail Ordusunun sözçüsü Daniel Həqarinin səhər saatlarında Qərb media mənsubları ilə keçirdiyi mətbuat konfransında yaydığı telefon lentlərində "O, xəstəxananın arxasındakı qəbiristanlıqdan atıldı" ifadəsi eşidilir.
Sözçü Həcəri buna əsaslanaraq, yüzlərlə fələstinlinin həyatını itirdiyi hücumun xəstəxananın yanındakı qəbiristanlıqdan İslami Cihad tərəfindən həyata keçirildiyini iddia edib.
Rəna Həsənova