İran prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında İsrailin Qəzzada Əl-Ehli Baptist Xəstəxanasına hücumuna reaksiya verib.
Faktmedia.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Rəisi bildirib ki, İsrailin Qəzza zolağında 500-dən çox fələstinlinin ölümünə səbəb olan xəstəxanaya hücumunun səbəbkarları və tərəfdarları mühakimə olunmalıdır:
"Bu dəhşətli cinayətə (xəstəxanaya hücum) yalnız qınamaq kifayət deyil. Sionist rejimin döyüş maşını mümkün qədər tez dayandırılmalıdır. Bu cinayəti törədənlər və dəstəkləyənlər mühakimə olunmalıdır“.
Qəzzada humanitar faciənin baş verməməsi üçün İsrailin tətbiq etdiyi qida və su embarqosunun dərhal ləğv edilməsi lazım olduğunu vurğulayan Rəisi, dünyadakı azad hüquq adamların çağırış edib:
“Xalqlarının hökmü budur ki, bu rejim insanlığa qarşı iyrənc və dəhşətli cinayətlər törədib. Bu cinayətlərə tez bir zamanda son qoyulmalıdır, eyni zamanda günahkarlar və onların tərəfdarları ədalət qarşısında cavab verməlidirlər”.
Rəna Həsənova