ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə günü Respublikaçılar Partiyasında debat etməyəcəyini təsdiqləyib.
"İctimaiyyət mənim kim olduğumu və enerji müstəqilliyi, güclü sərhədləri və ordusu ilə nə qədər uğurlu prezidentliyim olduğunu bilir. Həmişə vergi və tənzimləmələrin azaldılması, inflyasiya olmaması, tarixin ən güclü iqtisadiyyatı və daha çox şey. Ona görə də mən debatlar etməyəcəyəm!", - Tramp yazıb.
Növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək.Hazırkı prezident Co Bayden yenidən seçilmək üçün namizədliyini aprel ayında elan edib.