Koreya Respublikası və ABŞ bazar ertəsi böyük birləşmiş hərbi təlimlərə başlayıb.
Avqustun 31-dək davam edəcək Ulchi Azadlıq Qalxanı təlimi hərtərəfli müharibə ssenarisinə əsaslanacaq. Burada sahə təlimi tədbirləri və kompüter simulyasiyasına əsaslanan komanda-qərargah məşqi, habelə mülki müdafiə təlimləri keçiriləcək. Yonhap bildirib ki, keçən yay 13 ilə müqayisədə bu il təxminən 30 müttəfiq sahə təlimi tədbirinin keçirilməsi planlaşdırılır. Builki yaz təlimi zamanı 25 çöl təlimi tədbiri keçirilib.
Bundan əlavə, Avstraliya, Böyük Britaniya, Kanada, Tailand, Filippin və Fransa da daxil olmaqla, BMT Komandanlığının (UNC) üzvü olan doqquz ölkədən şəxsi heyətin təlimə qatılacağı gözlənilir.
Cənubi Koreyanın Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, ABŞ-la birgə təlim zamanı ölkə ordusu Şimali Koreyanın mümkün hərbi fəaliyyətlərinə qarşı hazırlıq mövqeyini gücləndirəcək.
Rəna Həsənova