NATO tarixindəki ən böyük hava təlimi olan Air Defender 2023 Almaniyanın ev sahibliyi ilə bu gün başlayıb . Almaniya Hərbi Hava Qüvvələrindən verilən açıqlamada ilk təyyarələrin yerli vaxtla saat 10:00-da Almaniyanın Şlezviq-Flensburq bölgəsindən havaya qalxdığı bildirilib.
Hazırlıq mərhələsi 5 il davam edən və iyunun 23-də başa çatması planlaşdırılan təlimdə 70-i Almaniyadan olmaqla 25 ölkədən ümumilikdə 250 təyyarə iştirak edir. Təlimin ilk günündə 146 təyyarənin havaya qalxması planlaşdırıldığı halda, Almaniyanın 3 fərqli bölgəsində hər gün 40-80 döyüş təyyarəsi uçuş edəcək. Təlim zamanı 10 min əsgər Almaniya Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında təlim keçəcək. Təlimin logistik mərkəzi Vunstorf şəhəri olacaq.
Təlim əsasən Almaniyanın şimalındakı 3 hava məkanında həyata keçiriləcək. Rendsburg-Eckernförde bölgəsindəki Hohn və Şlezviq-Flensburq bölgəsindəki Jagel hava limanları da təlimdə mühüm rol oynayacaq. Əksər döyüş təyyarələri Almaniyanın şimalı üzərində birgə manevrlər etmək üçün bu məntəqələrdən havaya qalxacaq.
Türkiyə Silahlı Qüvvələrinin 151-ci Donanma Komandanlığına (TSK) aid Türkiyənin F-16-ları 3 ədəd F-16 döyüş təyyarəsi Almaniyada keçirilən “Hava Müdafiəçisi 2023” təlimində iştirak edir. Bundan əlavə, Hərbi Hava Qüvvələri Komandanlığının müxtəlif bölmələrindən 56 nəfər şəxsi heyət təlimdə iştirak edir.
Xəyalə Xəlilova