J-11 və J-16 tipli döyüş təyyarələri də daxil olmaqla Çin Hərbi Hava Qüvvələrinə aid 37 təyyarənin hava məkanınıpozub.
Faktmedia.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd edilib ki, bir neçə təyyarə uzun mənzilli hava kəşfiyyatı təlimi üçün Tayvanın cənub-şərq hava məkanından Qərbi Sakit okeana daxil olub.
“Tayvan Silahlı Qüvvələri bizim ISR sistemimizlə bağlı vəziyyəti diqqətlə izləyir və cavab olaraq CAP təyyarələri, gəmilər və yerüstü raket sistemləri göndərib”, - deyə məlumatda qeyd olunub.
Xəyalə Xəlilova