Cənubi Koreyanın Jeju adasından 194 sərnişinlə havaya qalxan təyyarənin eniş zamanı naməlum səbəbdən qapısı açılıb.
Faktmedia.az xəbər verir ki, Daequ Beynəlxalq Hava Limanı rəsmiləri tərəfindən verilən açıqlamada hadisənin təyyarə eniş edərkən baş verdiyi və təyyarənin hava limanına təhlükəsiz eniş etdiyi bildirilib.
Açıqlamada hadisə zamanı xəsarət alan olmadığı, bəzi sərnişinlərin panika və təngnəfəslik şikayətləri ilə xəstəxanalara göndərildiyi bildirilib.
Asiana Airlines rəsmilərinin açıqlamasında bildirilir ki, çıxışa yaxın oturan sərnişinlərdən birinin qapının dəstəyinə toxunması səbəbindən təyyarənin qapısı açılmış ola bilər.
Xəyalə Xəlilova