Cənubi Koreyada mayın 12-də Cheongju şəhərindəki hərbi bazada F-35A qırıcıları da daxil olmaqla 60-a yaxın təyyarənin iştirakı ilə genişmiqyaslı müntəzəm “Uçan Qartal” təlimi başlayıb.
Faktmedia.az bu barədə Yonhap xəbər agentliyinə istinadən məlumat verir.
Bu manevrlər mayın 19-dək davam edəcək və onlarda təxminən 260 nəfər iştirak edəcək.
Daha əvvəl məlumat verilmişdi ki, Cənubi Koreya və ABŞ ikitərəfli münasibətlər tarixində ən böyük müştərək hərbi təlimə may ayının sonunda başlayacaq və bu təlim üç həftə davam edəcək. Qeyd edildiyi kimi, manevrlərdə döyüş təyyarələri, AH-64E Apache hücum helikopterləri, çoxsaylı reaktiv yaylım atəş sistemləri və Koreyanın K2 Qara Panter tankları iştirak edəcək.
Havar Şəfiyeva