Rusiya prezidenti Vladimir Putin apreldə bəzi ölkələrin, o cümlədən ABŞ-ın səfirlərindən etimadnamələr alacaq.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin köməkçisi Yuri Uşakov məlumat verib.
"Apreldə prezident nəzərdə tutulan etimadnamələrin qəbulu mərasimində iştirak edəcək. Təxminən 17-18 yeni səfir etimadnamələrini təqdim edəcək".
Qeyd edək ki, 21 dekabr 2022-ci ildə ABŞ Senatı Linn Treysini Amerikanın Rusiyadakı yeni səfiri kimi təsdiqlədi və yanvarın sonunda elçi Moskvaya gəldi.
Rəna Həsənova