Rusiya Hava Hücumundan Müdafiə Qoşunları Rusiya paytaxtı istiqamətində uçan pilotsuz uçan aparatı vurub.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
"Hava Hücumundan Müdafiə Qoşunları Moskvaya çatmağa çalışan pilotsuz uçan aparatı vurublar. Dağıntı və tələfat yoxdur", - mer öz "Telegram" kanalında yazıb.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Moskva vilayətinin Ruza rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin vurulması, həmçinin Moskva vilayətinin İstra rayonu ərazisində daha bir pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat verib.
Bəsti Məmməd