“NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək və Ukrayna NATO-nu daha güclü edəcək”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Zelenski Litvaya “şübhə etməyən, vaxt itirməyən və heç bir təcavüzkara baxmayan güclü NATO-da həll yoluna (Ukraynanın NATO üzvlüyünə)” inamı ilə gəldiyini bildirib.
Qeyd edib ki, o bunun etimada çevrilməsini istəyir:
“Hər bir əsgərimiz, hər bir vətəndaşımız, hər bir anamız, hər bir balamız bunu gözləyir. Yəni bu böyük arzudur. NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək, Ukrayna NATO-nu daha güclü edəcək”.
Bəsti Məmməd