Ukraynaya yardımın həcminin artırılması 11-12 iyulda Vilnüsdə keçiriləcək NATO sammitinin əsas mesajı olacaq.
Bu barədə baş katib Yens Stoltenberq deyib.
"Mən əminəm ki, bu, Ukrayna və üzvlük üçün irəliyə doğru gedən yol haqqında müsbət və güclü mesaj olacaq", - deyə o bildirib.
Qeyd edib ki, alyans Ukraynanın silah, sursat, ehtiyat hissələri, təlim və texniki xidmətlə kifayət qədər təmin olunmasını təmin edəcək:
"Qərb qırıcılarının Ukraynaya potensial tədarükü ilə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, NATO ölkələri artıq Ukraynaya böyük həcmdə müasir silah və hərbi sursat göndərirlər".
Rəna Həsənova