ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan yetkinlərin sayı iki dəfə artacaq.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, diabetli insanların sayı 2050-ci ildə 1,3 milyardı keçəcək.
Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir
BMT 2050-ci ilə qədər dünya əhalisinin təxminən 9,8 milyard olacağını təxmin edir.
Bu o deməkdir ki, hər yeddi və ya səkkiz nəfərdən biri o vaxta qədər diabetlə yaşayacaq.
Xəyalə Xəlilova