Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarələrinin istehsalına başlamağı planlaşdırır.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət rəhbəri məlumat verib.
O qeyd edib ki, zavodda hazırlıq işlərinin əsas hissəsi artıq görülüb:
“Ukraynada yerli Baykar bölməsi olan Avia Ventures MMC-də tikinti plana uyğun gedir və biznesin açılması 2025-ci ilə planlaşdırılıb. Artıq iyulda zavodun elektrikləşdirilməsi gözlənilir”.
Qeyd edək ki, ötən ilin avqustunda Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı üzrə zavodun tikintisinə başlanılması barədə məlumat yayılıb.
Havar Şəfiyeva