Polşanın xarici işlər naziri Zbiqnev Rau çərşənbə günü Londonda "Ukraynanın Bərpası 2023" konfransında çıxışı zamanı deyib ki, Ukrayna yaxın gələcəkdə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağa hazır olacaq.
Rusiya ilə münaqişəyə baxmayaraq, Ukraynanın bütün meyarlar üzrə irəliləyiş əldə etdiyini vurğulayıb.
“Ukrayna ən qısa zamanda Avropa Birliyinə üzv olmalıdır. Ukrayna tezliklə üzvlük danışıqlarına başlamağa hazır olacaq. Əgər belədirsə, Aİ də bu ilin sonuna qədər, müntəzəm payız genişlənmələri hesabatından sonra hazır olmalıdır", - Polşa diplomatı əlavə edib.
Rəna Həsənova