"Titanik"i ziyarət edərkən əlaqəni itirən "Titan" sualtı qayığından bazar günündən bəri xəbər yoxdur. Xilasetmə işləri ümidlə davam edərkən, sualtı qayıqdan xoş xəbər gözlənilirdi. Lakin vaxt keçdi və gəmi oksigensiz qaldı.
ABŞ Sahil Mühafizəsi itmiş Titanik sualtı qayığının axtarışında daha çox səsin eşidildiyini bildirib. Onlar hələ də bu səslərin nə olduğunu bilmirlər, lakin xilasedicilər ərazidə axtarış aparır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş nüvə sualtı qayıq komandiri David Market xəbərdarlıq edib ki, ümidverici səslər Titan sualtı qayığından gəlməyə bilər.
"Səslərin onların yaratdığını düşünmürəm, sadəcə təbii səslər ola bilər. Biz səsləri eşidirik və əraziyə daha çox gəmi gəlir və sonra daha çox səs-küy eşidirik və bunun təsadüf olduğunu düşünmürəm", - o deyib.
Xəyalə Xəlilova