Turistik sualtı gəmi Atlantik Okeanında itib.
Axtarış-xilasetmə əməliyyatına başlanılıb. Su gəmisində neçə nəfərin ola biləcəyi hələlik bəlli deyil. Gəmi ilə əlaqə kəsilib. Sualtı qayığın hansı özəl şirkətə aid ola biləcəyi barədə hələlik heç bir məlumat yoxdur.
1912-ci il aprelin 10-da aysberqlə toqquşaraq batan “Titanik”in qalıqları Kanadanın Nyufaundlend sahillərindən 3,8 kilometr dərinlikdə yerləşir. Onlar 1985-ci ilə qədər tapılmadı.
İlk səyahətini İngiltərənin Sauthempton şəhərindən Nyu-Yorka edən laynerin göyərtəsində cəmi 2224 nəfər olub və onlardan 1513 nəfəri dünyasını dəyişib.
Sevinc Hüseynova