Turistləri daşıyan sualtı qayıq “Titanik”in batdığı yerdə batdıqdan sonra həyəcan təbili çalınıb.
Belə ki, Atlantik okeanında itən sualtı qayıqda 40 saat oksigen qalıb.
ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada axtarış-xilasetmə işlərinin gecə-gündüz fasiləsiz davam etdiyi, ABŞ və Kanadanın axtarış-xilasetmə işlərini birlikdə həyata keçirdiyi bildirilib.
Qeyd edək ki, “Titanik”in qalıqları Atlantik okeanının dibində, Kanadanın Nyufaundlend sahillərindən təxminən 600 kilometr aralıda, 3800 metr dərinlikdə yerləşir.
Xəyalə Xəlilova