Rusiyanın Sibir Buryatiya Respublikasında iyunun 1-də tayqada itən gənc qadın sağ tapılıb.
29 yaşlı qadın giləmeyvə yığarkən tayqada yolunu azıb.
Bu gün xilasedicilər onu Darki ərazisindən təxminən 15 kilometr aralıda sağ-salamat tapıblar. Qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Axtarış əməliyyatı zamanı xilasedicilər tayqanın 130 kvadrat kilometrdən çox ərazisini axtarmalı olublar.
Xəyalə Xəlilova