Qərb F-16 qırıcılarının çatdırılması prosesinə texniki məsələlər həll edildikdən dərhal sonra başlayacaq.
Faktmedia.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Belə olacaq. Mən bunu dedim və yenə də deyirəm, F-16-lar olacaq, amma bütün texniki məsələləri həll etmək lazımdır. Bu, asan proses deyil. Ukrayna üçün döyüş təyyarələri koalisiyası güclənir", - deyə nazir qeyd edib.
Qeyd edək ki, Bayden Yaponiyada keçirilən G7 sammitindən sonra keçirdiyi mətbuat konfransında Qərbin F-16-lar da daxil olmaqla, dördüncü nəsil təyyarələrin uçuşu üzrə ukraynalı pilotlara təlimlərə başlayacağını açıqlayıb. ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan bəyan edib ki, Vaşinqton yaxın aylarda müttəfiqləri ilə hansı ölkələrin F-16 qırıcılarını Kiyevə təhvil verəcəyini müzakirə edəcək.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin mayın 25-də bildirib ki, Danimarka və Hollandiya ukraynalı pilotlara F-16 döyüş təyyarələrini idarə etmək üzrə təlim keçmək üçün Avropa koalisiyasına rəhbərlik edəcək.
Xəyalə Xəlilova