ABŞ-lı iş adamı İlon Mask bildirib ki, Twitter yerli hökumətlərin qanunlarına əməl etməsə, platformaya giriş məhdudlaşdırıla bilər.
Twitter-in fəaliyyət göstərdiyi ölkələrdə yerli qanunlara riayət etməli olduğuna diqqət çəkən Musk, "Yerli hökumətlərin qanunlarına əməl etməsək, bağlanacağıq. Ona görə də edə biləcəyimiz ən yaxşı şey qanuni işləməkdir", - deyib.
İstənilən ölkədə. Bunu etməsək, bloklanacağıq və ya həbs olunacağıq. Bütün dünyanı ABŞ olmağa məcbur edə bilməyəcəklərini ifadə edən Mask, “Qanun çərçivəsində ən yaxşı ifadə azadlığını təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - əlavə edib.
Xəyalə Xəlilova