ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinin diktator olduğunu eyham edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden, Si-nin fevral ayında Amerika hava məkanına daxil olan Çin "casus şarının" vurulmasına reaksiyasının "orada olduğunu bilmədiyini" irəli sürdü.
Bayden çıxışında Çin prezidentini diktator da adlandırıb:
"Mən ciddiyəm. Nə baş verdiyini anlamayan diktatorlar üçün böyük ayıbdır".
Bayden Şarın Amerika hava məkanında vurulduğu zaman Si-nin xəcalət çəkdiyini və balonun orada olduğunu belə bilmədiyini söyləyib:
“Ən əhəmiyyətli məqam odur da ki, Si yenidən əlaqə qurmaq istəyir".
Çin prezidentinin ABŞ, Avstraliya, Hindistan və Yaponiya arasındakı Quad ittifaqından da narahat olduğunu ifadə edən Bayden, Si-nin ona zəng edərək bunu etməmələrini istədiyini söylədi.
Xəyalə Xəlilova