ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, əgər ABŞ defolt etsə, "bütün dünya problemlə üzləşəcək".
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Bayden Nyu-Yorkda iştirak etdiyi proqramda federal hökumətin defolta səbəb ola biləcək 31,4 trilyon dollarlıq borc həddinə çatması ilə bağlıdanışarkən deyib.
Borc limiti böhranını "istehsal böhranı" olaraq xarakterizə edən Bayden, ABŞ-ın dünyanın ən güclü iqtisadiyyatı olduğunu və "hesabları ödəyə" biləcəyinə heç bir şübhə olmadığını söylədi:
"Biz məsuliyyətlə xərcləri azaltmalı və lazımsız böhran olmadan kəsiri azaltmalıyıq" -,deyə o vurğulayıb.
Elçin Şəfiyev