Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hazırlıqlar hələ başlamayıb.
"Türkiyə səfərinin tarixləri ilə bağlı hələ ki, heç bir anlaşma yoxdur, çünki praktiki olaraq hələ ki, belə bir real hazırlıq yoxdur, başlamayıb”, - o deyib.
Kremlin köməkçisi xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan müvafiq dəvət var. “Üstəlik, iki prezident arasında şifahi razılıq var ki, Ankaraya və ya İstanbula səfər növbəmiz bizimdir”, - Uşakov əlavə edib.
Xəyalə Xəlilova