Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barədə danışmaq hələ tezdir, çünki bu ssenari üçün heç bir ilkin şərt yoxdur.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS-a müsahibəsində bildirib.
Digər ölkələrin irəli sürdüyü müxtəlif barışıq planlarından hansının Rusiya üçün daha üstün olacağı və Moskvanın öz variantının olub-olmadığı sualına Kremlin mətbuat katibi belə cavab verib:
"Bu barədə danışmaq tezdir. Sülh prosesi üçün heç bir ilkin şərt yoxdur. Xüsusi "hərbi əməliyyat" davam edir", - o əlavə edib.
Xəyalə Xəlilova