Bu gün İstanbulda Türkiyə, Finlandiya və İsveçin Daimi Birgə Mexanizminin dördüncü iclası keçirilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq görüşün müsbət keçdiyini bildirib.
Yens Stoltenberq Nazirlər Kabinetinin rəhbərinin bu gün Ankarada keçirilən iclasa qatıldığını bildirib:
"Mən onunla indicə danışdım. O, görüşün konstruktiv atmosferdə keçdiyini və müəyyən irəliləyişlərin olduğunu söylədi. İsveçin üzvlüyünün təsdiqi üzərində işləməyə davam edəcəyik”.
Stoltenberq əlavə edib ki, İsveç NATO-ya üzv olmaq üzrə öhdəliklərini yerinə yetirib:
“Türkiyə, İsveç və Finlandiya arasında ortaq mexanizmin görüşünə dair razılığa gəldik”.
Bəsti Məmməd