Rusiya və Ukrayna arasında məhbus mübadiləsi davam edir.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında son əsir mübadiləsində 189 əsgər evlərinə qayıdıb.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
O, 95 ukraynalı əsgərin Rusiyadan çıxarıldığını açıqlayıb:
“Əsirlərin evlərinə qayıtması üçün həftənin 7 günü 24 saat çalışırıq. Ukrayna prezidenti Vladimir Zelenskinin “hamını geri qaytarılsın” əmrini yerinə yetirmək üşün əlimizdən gələni edirik. Biz Koordinasiya Qərargahına minnətdarıq".
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, "Danışıqlar prosesi nəticəsində əsir düşən və ölüm təhlükəsi ilə üzləşən 94 rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən geri gətirilib” deyə bildirilib.
Bəsti Məmməd