Türkiyə NATO-nun Kosovo və Metohiyadakı kontingentinə komandanlıq edəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə Bloomberg Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Alyansda ABŞ-dan sonra ikinci ən böyük hərbi gücə sahib olan Türkiyənin daha əvvəl İtaliyanın rəhbərlik etdiyi Balkanlardakı NATO missiyasını ən şiddətli toqquşmalardan sonra oktyabr ayında təhvil alacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət bir batalyon göndərmişdi.
Havar Şəfiyeva