Prezident Rəcəb Tayyib Ərdoğan türk ədəbiyyatının önəmli adları Cahit Zərifoğlu və Əbdürrəhim Karakoçun ölüm ildönümündə paylaşdığı mesajla onları yad edib.
Faktmedia.az xəbər verir ki, o sosial hesabında bunu yazıb:
"Türk ədəbiyyatına misilsiz töhfələr vermiş iki gözəl insanı, iki gözəl qəlb insanını, Cahit Zərifoğlu və Əbdürrəhim Karakoçu ölüm ildönümündə yad edirəm", - deyə paylaşımda qeyd edilib.