Prezident Rəcəb Tayyib Ərdoğan seçiciləri ikinci tura keçən prezident seçkilərində seçki məntəqələrinə gedib səs verməyə çağırıb.
Faktmedia.az xəbər verir ki, Prezident Ərdoğan "Twitter" hesabındakı paylaşımında bu sözləri qeyd edib:
“Millətimin hər bir üzvünə səslənirəm, sənsiz mümkün olmazdı, sabah birlikdə Böyük Türk Zəfəri üçün sandıq başına gedək. Mayın 14-də TBMM-də təzahür edən iradəni bu dəfə Prezidentliyə daha güclü şəkildə əks etdirək. Türk əsrinə öz səslərimizlə başlayaq”.
Xəyalə Xəlilova