Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits Kaxovka bəndinin dağılmasından sonra 40 yaşayış məntəqəsində daşqınların baş verdiyini və on minlərlə insana təcili yardım göstərilməli olduğunu bildirib.
"Ukraynanın cənubunda cəbhə xəttinin hər iki tərəfində minlərlə insanın evlərini, ərzaqlarını, təhlükəsiz sularını və dolanışıq vasitələrini itirməsi artıq ciddi və geniş miqyaslı nəticələrlə göz qabağındadır. Bəndin yaratdığı Kaxovka su anbarı regionda xilasedicidir və təkcə Xersonda deyil, həm də Zaporojya və Dnepr bölgələrində milyonlarla insan üçün mühüm su mənbəyidir. Ukrayna hakimiyyəti Xerson vilayətində azı 40 yaşayış məntəqəsinin artıq su altında qaldığını və ya qismən su altında qaldığını bildirir. Yaxın günlərdə bu rəqəmin artacağı gözlənilir”, - deyə o bildirib.
Sevinc Hüseynova