Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus iki sərnişin avtobusunun toqquşması nəticəsində baş verən qəzada 15 nəfər yüngül xəsarət alıb.
Qəza saat 16.00 radələrində mərkəzi Yakutiye rayonu Şıh Köyü küçəsində baş verib.
Qəzanın təsiri ilə ictimai avtobusun arxa şüşəsi və bələdiyyə avtobusunun ön şüşəsi sınıb.
Toqquşmanın təsirindən yüngül xəsarət alan 15 nəfər təcili yardım maşınları ilə Ərzurum Şəhər və Atatürk Universiteti Tibb Fakültəsi Araşdırma xəstəxanalarına aparılıb.
Xəyalə Xəlilova