Rusiya Aerokosmik Qüvvələri Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda Odessa limanında Ukraynaya məxsus sonuncu döyüş gəmisinivurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant İqor Konaşenkov çərşənbə günü bildirib.
"Mayın 29-da Ukrayna Hərbi Dəniz Qüvvələrinin sonuncu döyüş gəmisi "Yuri Olefirenko" Rusiya Aerokosmik Qüvvələrinin dəqiq silahlarının Odessa limanında dəniz gəmilərinin lövbərinə endirdiyi zərbə nəticəsində məhv edilib", - sözçüqeyd edib.
Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlamazdan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələri təxminən 25 döyüş gəmisini, o cümlədən beş patrul və altı artilleriya gəmisini idarə edib.
Xəyalə Xəlilova