Bu gün sərhəddə erməni separtaçı birləşmələri təxribata cəhd etdilər. Nəticədə hər iki tərəfdə itki qeydə alındı. Separatçı birləşmələr Rusiya sülhməramlıların heç bir göstərişinə, həmçinin 10 noyabr bəyanatına əməl etmirlər. Bu isə tez-tez hərbi toqquşmalara gətirib çıxarır. Müzəffər Ordumuz isə hər zaman belə təxribatların qarşısını layiqincə almağı bacarır. Bu gün baş vermiş təxribatdan sonra sosial şəbəkələrdə Ermənistan və Azərbaycanın hərbi gücü məsələsi müzakirəyə çevrilib.
Faktmedia.az bunu araşdırmağa çalışıb.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. Hələ 2017-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 58-ci yerdə qərarlaşıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında
18 qırıcı,
29 hücum,
83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir),
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi,
Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var.
Ermənistan Silahlı Qüvvələrinin isə hərbi gücü isə belədir:
3 ədəd T-54,
5 ədəd T-55
160 ədəd T-72 tankı,
10 ədəd BMD-1,
80 ədəd BRDM-2,
869 ədəd BMP-1,
98 ədəd BMP-2,
25 ədəd BTR-60,
228 ədəd BTR-70,
50 ədəd BTR-80,
145 ədəd zirehli rabitə maşın
Göründüyü kimi Azərbaycanın hərbi gücü ilə Ermənistan ordusu və hərbi hazırlığı müqayisə oluna bilməz. Azərbaycan ən son yeni silahlarla təchiz olunub. Düşmənə istənilən an zərbə endirməyə qadirdir.
Qeyd edek ki, 44 günlük müharibədə Ermənistanın hərbi texnikasının 50 faizi Azərbaycan Orudus tərəfindən məhv edilib. Göstərilən məlumatlar Ermənistan Müdafiə Nazirliyi, ermənidilli vikipediya səhifələrində yer alıb.
Rəna Həsənova