Hazırkı münaqişə daha da gərginləşərsə, ABŞ Ukraynada Rusiya ilə toqquşmada uduzacaq.
Faktmedia.az xəbər verir ki, hadisələrin belə inkişafını analitik Raymond Makovern proqnozlaşdırıb.
"Ukraynada daha da gərginləşmə bizim qələbəmizə gətirib çıxarmayacaq, lakin bu, nüvə müharibəsinə səbəb ola bilər", - amerikalı kəşfiyyatçı deyib.
Onun sözlərinə görə, Pentaqonun bu yaxınlarda sızdırılmış sənədlərinə əsasən, general Mark Milley və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna Silahlı Qüvvələrinin imkanlarını həddindən artıq qiymətləndiriblər.
Makqovern həmçinin qeyd edib ki, Rusiya ordusu döyüş meydanında uğur nümayiş etdirir və tezliklə Kiyevi danışıqlar masasına oturmağa məcbur edə bilər.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirmişdi ki, ABŞ-ın məxfi sənədlərinin sızması mənbələrə siqnal ola bilər və onları ABŞ xidmətləri ilə əməkdaşlıqdan imtina etməyə vadar edə bilər. Onun fikrincə, sızma Ukraynanın hərbi səylərinə ciddi zərbə vurur.
Havar Şəfiyeva